Astarada “tükdən asılı” qalan, dayaqları çürüyən körpü niyə təmir olunmur? - FOTO


bitmap-img6

Xaçmazda dünən körpünün uçması sosial şəbəkədə digər yerlərdə də belə qəzalı vəziyyətdə olan yol qovşaqları barədə paylaşımları gündəmə gətirib.

Siam.az Oxu.Az-a istinadla bildirir ki, bunlardan biri də qəzalı vəziyyətdə olan Astaradakı körpüdür.

Astara rayonunun ən böyük kəndlərindən olan və yeddi mindən çox əhalinin gündəlik istifadə etdiyi Şiyəkəran kəndinin mərkəzində olan körpünün dayaq sütunları çürüyüb. Körpü hər an, Xaçmazda olduğu kimi, uça bilər. Sakinlər illərdir aidiyyəti qurumlara şikayət etsələr də, nəticənin olmadığını deyirlər.

Tarix: 17-09-2023, 12:31
Xəbəri paylaş





Xəbər lenti