Mingəçevir şəhər bələdiyyəsinin 'avtoritet' rəsmisinin videosu yayıldı: POLİS HƏRƏKƏTƏ KEÇMƏLİDİR
7NEWS.az xəbər verir ki, sosial şəbəkələrdə Mingəçevir şəhərinin vəzifəli şəxsi ilə bağlı qandonduran video yayılıb. Videoda Mingəçevir şəhər bələdiyyəsinin rəsmisi Fikrət Həsənovun Kür çayında kater sürən şəxslərlə dialoqu yayılıb. Dialoqda Fikrət Həsənov vətəndaşları polis şöbəsi ilə hədələyərək, işləmədikləri halda qovulacaqlarını deyir. Şikayətçilərdən biri "çıxartsalar qoyduğumuz xərci qaytarar dövlətimiz" deyəndə, Fikrət Həsənov "pox da qaytarmayacaqlar, dövlət camaatın halal obyektini sökür, heç nə vermir" deyərək çıxışına davam edir. Videonun təm versiyasını hüquq-mühavizə orqanlarının diqqətinə təqdim edirik. Məlumatda o da iddia olunur ki, Fikrət Həsənov Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Mingəçevir Şəhər şöbəsinin sədri İranə Həsənovanın oğludur. İddiada qeyd olunur ki, Fikrət Həsənov bu statusdan istifadə edərək dövlət əmlakını videoda göründüyü kimi "talan" edir.