İcra başçısının Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə
uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri
bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan
qaldırmaqdır. Bu barədə yerli RİH-dən xəbər verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kəndində
keçirilib.
Qəbulda YAP rayon təşkilatının sdəri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər
xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd
sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş
şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışmış, lokal xarakterli antiterror
tədbirlərinin məqsədinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın
müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı
təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-
silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Qeyd olunub ki, Qarabağda 6 azərbaycanlının mina partlayışı nəticəsində həlak
olmasından sonra antiterror əməliyyatına başlayıb. “Tədbirlər çərçivəsində və yüksək
dəqiqlikli silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin bölmələrinin ön
xətdə yerləşən mövqeləri və dərinlikdə yerləşən uzaqmənzilli atəş nöqtələri, eləcə də
döyüş vasitələri və hərbi obyektləri yararsız hala salınıb”, - deyə Azərbaycan Müdafiə
Nazirliyinə istinadla vurğulanıb.
Qəbulda icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
Azərbaycan xalqına müraciətindən də danışıb.Rayon rəhbəri respublika prezidentinin
xalqa müraciətindən bəzi məqamları diqqətə çatdırıb: “Vəhşi kimi gəlib başqasının
torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış
məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta
tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara,
Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir
ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı
olmayıb. Sonradan gəlmələrdir.
Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik !”

İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa
olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və
qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də
bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də
rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti,
görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Yuxarı Qapanlı kəndinin 605 hektar ərazisi, 281 təsərrüfatı, 1180 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 3 ticarət, 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə içməli su ilə təmin
olunub.
Sakinlər 924 baş iribuynuzlu, 1399 baş xırdabuynuzlu heyvan, 2967 baş quş saxlayırlar.
Son üç ildə Yuxarı Qapanlı kəndinində kəndarası yollar təmir olunub, su arxları 500 m
məsafədə lildən təmizlənib, kənd ərazisində 2 hektar əazidə müxtəlif ağaclar əkilib,
kənd mədəniyyət evi təmir olunub yol kənarları alaq otlarından təmizlənərək səliqə-
səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib vəhttps://rih.gov.az/platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Nəriman Əliyev Qazyan kənd körpələr evi-uşaq bağçası üçün yeni
tikilən binanın tikinti işlərinin sürətləndirilməsi ilə bağlı müraciət edib.
Qaldırılan məsələ ilə bağlı müvafiq izahat verilərək yaxın zamanda tikinti işlərinin davam
etdiriləcəyi bildirilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısının Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib



İcra başçısının Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
İcra başçısının Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
İcra başçısının Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib



Tarix: 21-09-2023, 21:38
Xəbəri paylaş





Xəbər lenti