İcra başçısı İlqar Abbasovun nümayəndəsi 200 min manat xərcləyib abadlaşdırıdığı şəhəri yenidən abadlaşdırır - 10 ay sonra
Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin "Şirvan şəhərində abadlıq işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.32gun.az xəbər verir ki, tenderin qalibi "MM İNŞAAT GROUP" MMC olub. Tərəflər arasında 192.229,02 AZN-lik müqavilə imzalanacaq.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi MİRKAMAL AĞAYEV ƏHMƏD oğludur.
Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ötən ilin noyabrında "Şirvan şəhərində abadlıq işləri" ilə bağlı tender elan etmişdi. "Şabran-D" MMC olub. Şirkətlə 200 min 78 manat məbləğində müqavilə imzalannışdı.
Xatırladaq ki, Şirvan Şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasovdur.
Tarix: 21-09-2023, 22:28