Cəlilabadda məktəbdə MƏNİMSƏMƏ - Cinayət işi AÇILDI


Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə ibtidai istintaq davam edir. 
Tarix: 22-09-2023, 14:50
Xəbəri paylaş





Xəbər lenti