Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin ailəsini ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr 
“Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə 
ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.

İcra başçısı növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əliyev Anar Vaqif oğlunun ailəsində olub, 
onların qayğıları və problemləri ilə maraqlanıb.
İcra başçısı Müstəqim Məmmədov 30 ildən sonra Müzəffər Ali Baş 
Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 
Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə 
Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı 
uğurlu anti terror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda 
canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən danışıb, 
onların qisasının alındığını bildirib, Ələkbər kimi oğulların qəhrəmanlığının 
unudulmayacağını, onların daim qəlblərdə yaşayacağını deyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif 
oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan 
olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə 
rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona 
köçüb. 1988-ci ildə isə milli zəmində Ermənistanın başladığı qanlı 
hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə 
köçmək məcburiyyətində qalırlar. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində 
gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II 
Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası 
Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan 
Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan 
Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan 
Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə 
fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci 
və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində Zəngilanın, 
Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə 
göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi 
Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad 
olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif 
olunub.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı 
versin!
Tarix: 23-09-2023, 13:08
Xəbəri paylaş





Xəbər lenti