Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə
əlaqədar şəhid Aysənan Abbasovun Seydimli kəndində yaşayan ailəsini
ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas
istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının,
əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin
vaxtında həllinə nail olunmasıdır.
icra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin
yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük
Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix
Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Qeyd edək ki, Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun
Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov
adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi
olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-
ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın
işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə
MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də
müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən
tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi
2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə
yerinə yetirib.
Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət
edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib
məlumatlar əldə etmişdir. Döyüş yoldaşları onun heç nədən qorxmadığını
söyləyirlər.
Aysənan 2020-ci il sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli
döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı
mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək
zirvəyə - Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın
azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.
Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı - 5 yaşlı qızı
Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!
Tarix: 23-09-2023, 16:45