Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü şəhərin Mahir Əsədov küçəsində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının 
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi 
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların 
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü şəhərin  Mahir 
Əsədov, Rasim Mürsəlov, Üzeyir Hacıbəyov küçələrinin sakinləri üçün 
keçirilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, 
İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin komandanlığı ilə 
sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror 
əməliyyatlarının başa çatmasından, qanunsuz silahlı birləşmələrin tərk-silah 
olmaları barədə, Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin 
Administirasiyasının təklifi ilə erməni icmasının nümayəndələri ilə keçirilən 
görüşdən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 
sentyabr 2023-cil tarixdə Azərbaycan xalqına müraciətindən də danışıb. Qeyd 
olunub ki, ölkə rəhbərinin tarixi müraciəti onu deməyə əsas verir ki, 30 ildən 
artıq mövcud olan erməni separatizminin kökü kəsildi. 
Sonra icra başçısı ölkə rəhbərinin bölgələrə səfərindən, ölkə rəhbərinin diqqət 
və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-
quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması 
üçün həyata keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə 
dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi 
ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan 
nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
İcra başçısı Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini 
ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən 
də danışıb.
Sonra şəhərdə aparılan tikinti quruculuq abadlıq işləri haqqında sakinlərə 
məlumat verib.
Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş 
küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min 
kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt 
örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla 
üzlənib, əvvəlkindən də gözəl olub.
Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, 
Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində aparılan 
abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, 
yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya 
salınıb. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, 
Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə 
asfalt döşənib. Şakir Həsənov küçəsində isə təmir işləri başa çatmaq üzrədir. 
Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov və 
Süleyman Məmmədov küçələrində isə istinad divarları hörülüb 
hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, 
işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına 
parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə 
tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq 
verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və 
onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, 
sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə 
işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları 
aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların 
istirahəti üçün şərait yaradılıb.
Tərtər şəhər 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina 
tikilib. 
Şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş 
bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb.
Vətən Müharibəsi şəhidlərinin adını daşıyan Anar Əliyev, Polad Həşimov, 
Ruslan Şahbazov, Sənan Məmmədli, Qənbər Qənbərli, Azər Şəmilov və 
Aslan Hüseynov küçələrində şəhidlərin barelyefləri quraşdırılıb.
Hazırda isə şəhərin Vüqar Həsənov küçəsində təmir işlərinə başlanıb, istinad 
divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb 
yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Küçədə 
kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik 
işləri aparılır.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına bu və digər 
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən 
nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi 
erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə 
işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Sakinlərindən Fəridə Əmrahova yeni tikilmiş evinə qaz və işıq sayğacının 
quraşdırılması, Fazilə Vəliyeva və Dilbər Hüseynova Cavanşir küçəsinin 
asfaltlanmasını və qaz sayğacının smart tipli sayğacla dəyişdirilməsini, Kifayət 
Babyeva su sayğacının, Mehman Bayramov qaz xəttinin yerinin dəyişdirilməsi 
və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya, 
şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 26-09-2023, 10:27
Xəbəri paylaş





Xəbər lenti