Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib - FOTO

Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib
Sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin “Anım Günü” ilə əlaqədar Tərtər
Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii sərvətlər Nazirliyinin təşkilatçılığı ilə
Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağacəkmə
aksiyası keçirilib. Bu barədə Siam.az-a yerli RİH-dən xəbər verilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP
rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Anar Əliyevin atası Vaqif Əliyev, şəhid
ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin və KİV-lərin
nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından
keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.

Aksiya çərçivəsində “Vətən bağı”nda 100 ədəd eldar şamı əkilib, ağac əkilən
ərazilərdə təmizlik işləri aparılıb.

İcra başçısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid
ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, Vətən uğrunda
döyüşlərdə igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir gənc üçün
örnəkdir.
Aksiyada iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya
görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib

Tarix: 27-09-2023, 13:02
Xəbəri paylaş





Xəbər lenti