İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Vətən Müharibəsi şəhidi Aslanov Xəyalın ailəsini qəbul edib
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı ilə
birlikdə 44 günlük Vətən müharibəsi şəhidi Xəyal Aslanovun həyat yoldaşı Aslanova
Nərmin İmaməli qızını övladları ilə birgə qəbul edib, şəhid ailəsini dinləyib və onun
qayğıları, problemləri ilə maraqlanıb.Rayon rəhbəri qəbul zamanı torpaqlarımızın 44 günlük Vətən müharibəsində Xəyal
Aslanov kimi igid oğulların sayəsində işğaldan azad olunduğunu, şəhid ailələrinin,
onların övladlarının dövlətimiz, cəmiyyətimiz üçün dəyərli olduğunu vurğulayıb.
Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyib.
Şəhidin bizlərə yadigarı olan balaca Uğur və Ümidə rayon icra hakimiyyəti tərəfindən
məktəbli paltarları və çantaları hədiyyə olunub.
Xəyal Aslanovun həyat yoldaşı göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 29-09-2023, 09:07