Şəhidlər anılan zaman bu xanım nəyə gülür? - Quba rayon icra başçısının müavinindən anım günü zamanı şəhidimizə sayğısızlıq - FOTOFAKT
Azərbaycan ordusu Ermənistana qarşı lokal xarakterli antiterror əməliyyatı keçirdiyi dönəmdə ordumuzun 192 əsgər və zabiti qəhrəmancasına torpağlarımızın süverenliyi uğrunda canlarından keçib şəhid oldular.Amma təəsüflər olsun ki, bəzi vəzifəli şəxslər xüsusən də icra hakimiyyətinin məhul və vəzifəli şəxsləri istər şəhidin dəfni zamanı, istər "Anım günü" vaxtı bir neçə dəqiqə olsun üzlərində olan gülüş sevinc hissin saxlaya bilmirlər, sanki yasa yox hansısa övlad uşaqlarının toy məclisinə gəliblər.
"Azərbaycan Reallığı" xəbər verir ki bunlardan biri də "Anım günü" Quba rayon Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Səidə Abbasovanın üzündə olan gülüş hissi tədbirdə iştırak edən media nümayəndələrinin kamerasından yayınmayıb. Maraqlıdır ki, ordumuz bu qədər şəhid verdiyi bir dönəmdə Səidə xanımı bu qədər xoşbəxt edən mövzu nədir ki, belə gülür?
Bu cür xoşagəlməz mənzərə son vaxtlar demək olar neçənci dəfədir ki baş verir. Xəbər saytlarında və sosial şəbəkələrdə dəfələrlə belə halla qarşılaşırıq, tənqid olunsalar da nəticə çıxarmırlar. Nə demək olar, insanda ruh hiss olsun gərək
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq... //"Azərbaycan Reallığı"//
Tarix: 29-09-2023, 09:36