İcra başçısı Tərtərdən olan yaralı hərbçiləri evlərində ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov YAP rayon 
təşkilatının sədri Eldar Əsədovla birlikdə sentyabrın 19-da lokal antiterror 
əməliyyatları zamanı yaralanan  tərtərli hərbi qulluqçular şəhərin Nizami 
küçəsinin sakini Məmmədli Sadiq Saday oğlunu, Cəmilli kənd sakini 
Məmmədli Səfiyar Sərdar oğlunu və Qaynaq kənd sakini Həşimov Şirin 
Şiraslan oğlunu evlərində ziyarət edib, onların səhhəti və qayğıları ilə 
maraqlanıb, yaralılarımıza Allahdan şəfa diləyib.

İcra başçısı bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 
dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz 
lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşısılarında duran bütün 
vəzifələri cəmi bir gün ərzində yerinə yetirdilər.Azərbaycan əsgəri daha bir 
şanlı tarix yazaraqQarabağda suverenliyimizi tam bərpa etdi.
Hərbçilər onların müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tarix: 2-10-2023, 17:16
Xəbəri paylaş





Xəbər lenti