Qusar Rayon Mərkəzi Xəstəxanası dəftərxana ləvazımatları satan şirkətdən sabun və yuyucu toz alır - Qəribə tender

Qusar Rayon Mərkəzi Xəstəxanası dəftərxana ləvazımatları satan şirkətdən sabun və yuyucu toz alır
Qusar Rayon Mərkəzi Xəstəxanasının "Dəftərxana və təsərrüfat malların satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi, "A4 OFİS" MMC olub. Tərəflər arasında 42.542,66 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən xəstəxana Təmizləyici vasitə toz şəklində,Təmizləyici vasitə maye şəklində, Ağardıcı maye, Quru xlor, Maye xlor, Yuyucu toz, Sabun quru, Sabun maye, Şüşə təmizləyən maye, Hava təravətləndirici, sabun və s alınmalıdır.

Bildirək ki, nizamanmə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLUdur.

Xatırladaq ki, "A4 OFİS" MMC avqust ayında Aqrar Tədarük və Təchizat "Təsərrüfat mallarının satınalınması" tenderinin də qalibi olub.

Həmçinin şirkət bu ilin mart ayında "Azəralüminium" MMC tərəfindən 02 mart 2023-cü il tarixində elan edilmiş "Dəftərxana ləvazımatlarının satınalınması” kotirovka müsabiqəsinin qalibi olub.
Tarix: 3-10-2023, 11:07
Xəbəri paylaş





Xəbər lenti