Rayon rəhbəri şəhid anasının 55 illik yubileyini təbrik edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 
Bəyimsarov kəndində yaşayan  Vətən müharibəsi şəhidi Tural Məmmədlinin anası  
Güldanə Məmmədovanı 55 illik yubileyi münasibəti ilə ziyarət edib.
Şəhid anasını təbrik 
edən rayon rəhbəri ona uzun ömür,can sağlığı arzulayıb.Vətənə Tural kimi igid oğul 
bəxş etdiyi üçün ona öz minnətdarlığını bildirib,şəhid analarının elimizin,obamızın baş 
tacı,fəxrimiz olduğunu,vətənə layiqli,vətənpərvər oğullar böyütdükləri üçün onların da 
Vətən qədər əziz olduqlarını vurğulayıb,anaya  rayon icra hakimiyyəti tərəfindən 
təşəkkürnamə və gül dəstəsi təqdim edib,ailənin qayğıları ilə maraqlanıb.
Məmmədli Tural Aqil oğlu 1998-ci il martin 22-də Tərtər rayonnunun Bəyimsarov 
kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi 
qulluqçusu kimi  Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan 
istiqamətində gedən döyüşlərdə şəhid olub.
Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də 
doğulduğu Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikasl 
Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə 
təltif olunub. 
Tural Məmmədlinin boya-başa çatdığı kənddə şəhidlərin xatirəsinə ehtiram 
əlaməti olaraq inşa olunmuş şəhidlər bulağında onun adı da mərmər löhvəyə həkk 
olunub. 
Şəhid ailəsinin üzvləri ailəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan 
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentə 
minnətdarlıqlarını bildiriblər. 

Tarix: 3-10-2023, 16:31
Xəbəri paylaş





Xəbər lenti