İcra başçısı Güləbatlı kənd tam orta məktəbində və körpələr evi-uşaq bağçasında mövcud şəraitlə tanış olub



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 şagird 
yerlik Güləbatlı kənd tam orta məktəbində və 35 yerlik Gülabatlı kənd körpələr 
evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird 
kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Məktəbdə və məktəbəqədər təhsil müəssisəsində görülmüş işlərlə yaxından 
tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji 
kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, 
valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb 
olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını, məktəbəqədər 
tərbiyə müəssisəsində hər bir uşağa fərdi yanaşma ilə bağlı tövsiyələrini 
verib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 
günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və 
torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan 
həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə 
örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə 
təhsildə uğurlar arzulayıb.
Tarix: 5-10-2023, 16:57
Xəbəri paylaş





Xəbər lenti