“Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür” - ETİRAZ
Xaçmaz rayonu, Hacıəlibəyli kənd sakini Dadaşova Zərifə Mustafa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun pensiyasını qanunsuz olaraq kəsiblər:
"Mən, Dadaşova Zərifə Musatafa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
1961-ci ildə anadan olmuşam. 2002-ci ildə əməliyyat olunmuşam. Yüksək təzyiqim olduğu üçün müddətsiz pensiyaya çıxmışdım. 2014-cü ildə açıq ürək əməliyyatə olunmuşam. Ürəyimin 3 klapanı və şah damarımı dəyişib, plastmas qoyublar.
Əməliyyat pulum olmadığından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdik və Heydər Əliyev Fondunun hesabına əməliyyat olundum.
Xəstəxanadan çıxandan sonra penisyamı artırmaq niyyəti ilə sənədlərimi yenidən quruma göndərdim. Müraciətimdən sonra müddətsiz alacağım pensiyamı 5 ildən birə saldılar. Daha sonra pensiyamı tamamilə kəsdilər, səbəbini isə bilmədim.
Dəfələrlə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban xanıma məktublar yazıb göndərsəm də, şikayətimə baxan olmadı. Daha sonra məktuba sığorta idarəsi cavab verdi. Bizi 5 nömrəli xəstəxanaya yönləndirdilər, orada da pul öz sözünü deyirdi. Pulum olmadığından pensiyam düzəlmədi.
2 dəfə Əlillərin Bərpa Mərkəzinə çağırıblar, amma oradada nə mənimlə, nə də digər xəstələrlə maraqlanmadılar.
Ailədə 8 nəfərik, dolanışığımız çətindir, müalicələrim qalıb, ürəyimin vəziyyəti günü-gündən pisləşir. Sağ olsun Mehriban xanım, ölməyə qoymadı, amma bəzi qurumların sayəsində ölümə tərk edilmişəm.
Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür”.