Gəncədə ABADLIQ: Sakinlər narazıdır... - ÇÜNKİ...

 
Gəncənin Faiq Bayramov küçəsinin sakinləri aparılan abadlıq işlərindən narazıdır. DİA.AZ-ın məlumatına görə, sakinlər deyir ki, küçənin asfalt örtüyü ilə bağlı aparılan işlər düzgün yerinə yetirilmir.

Belə ki, küçədə səki daşları bir hissəyə düzülür digər hissəyə isə yox. Nəticədə ərazidən keçən və bu gün tamami ilə yararsız vəziyyətdə olan su arxı dolduğu təqdirdə sakinlərin evlərinə dolacaq.

Sakinlərin iddiasına görə, təxminən 15-ə yaxın ev sözügedən vəziyyətlə üz-üzə qalıb. İşləri aparan şirkət rəsmiləri isə sakinlərə bildirib ki, lahiyədə sözügedən məsələ göstərilməyib. İşlər də layihə çərçivəsində aparılır. Qısası problemi həll edən heç bir qurum tapılmır.
DİA.AZ
Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 7-10-2023, 10:56
Xəbəri paylaş





Xəbər lenti