Teref.az yazır ki, Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Prezidentə müraciət ünvanlayıb. Müraciətin 1 surətidə redaksiyamızın poçtuna daxil olub. Şəıhid anasının müraciətini bəzi ixtisarlarla təqdim edirik:
Belə ki, Tovuz RİH-nin başçısı mənim şəhid oğlumun dəfn olunduğu qəbiristanlığı və orta əsrə aid olan tarixi abidələrimizi satıb, onun haqqında isə tədbir görən yoxdur.
Onu da qeyd edim ki, Tovuzun Şəhidlər xiyabanında bütün Şəhidlərimizin şəkilləri var. Lakin mənim oğlumun şəkli yoxdur. Daha doğrusu Tovuz RİH-nin başçısı Məmməd Məmmədov bildirib ki, oraya sənin oğlunun şəkli vurulmayacaq, çünki onun uyuduğu qəbiristanlığı da almışam və siz buna ğörə məndən şikayət etmisiniz. O həm də tarixi abidələrin qənimidir, abidələri hərraca çıxararaq yerini ağır texnika ilə dağıtdıraraq gələcəkdə həmin ərazidə restoran tikməyi planlaşdırır.
Teref.az yazır ki, bunu Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı saytımızın redaksiyasına Prezident İlham Əliyevə ünvanladığı müraciətində yazır. Daha sonra şəhid anası yazır:
Məmməd Məmmədov mənim Şəhid oğlumun şəklinin yerinə öz oğlu Rəhmanın şəklini vurdurmaq istəyir. O dərk etmir ki, Şəhidlik uca zirvədir və hər adama nəsib olmur. Eyni zamanda bildirirəm ki, Məmməd Məmmədovun oğlu Rəhman özünə baha qiymətə qara it alıb, yezid kimi itlə oynayır.
Tovuz RİH-nin işçisi Fuad Rzayev isə bildirir ki, bizim şəhidlə oynamağa vaxtımız yoxdur. Eyni zamanda Fuad onu da qeyd edir ki, o, şəxsən Rəhmanın itinə vurulub.
Rəhmətlik necə də yerində deyib, ay Fuad.
İt demə o dəxi bizim birimiz.
Belə ölmüşlərə fəda dirimiz.
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu ilə oynamağa nə vaxtım yoxdur, nə də həvəsim. Deyəsən bu qara it Fuadı yamanca həvəsə gətirib. İtlə oynayanın aqibəti isə yaxşı olmur.
Əlavə olaraq bildirirəm ki, mənim Şəhid oğlumun şəklinin Şəhidlər xiyabanına vurulmaması texniki səhv ola bilməz, çünki oğlumun şəkli Tovuz rayon Hərbi Komissarlığına da vurulub və Hərbi komissarlıq dəfələrlə mənə təbrik məktubları da göndərib.Bu məsələdə heç bir araşdırmaya ehtiyac yoxdur, bu yalnız və yalnız qərəzçilikdir.
Hörmətli cənab prezident!
Tovuz RİH-nin başçısı Məmməd Məmmədov artıq bizim rahat nəfəs almağımıza belə imkan vermir. Xahiş edirəm köməkdarlıq edəsiniz.
Həsənova Ceyran Məhəmməd qızı.
Şəhid və Qarabağ veteranı anası.
Tovuz rayonu, Vahidli kəndi.
Teref.az olaraq müraciətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Tarix: 10-10-2023, 16:05