İcra başçısı sentyabrın 19-da antiterror əməliyyatlarında iştirak edən yaralı həmyerlimizi ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hərbi qulluqçu
sentyabrın 19-da rayonun Təzəkənd kəndinin sakini lokal antiterror əməliyyatları zamanı
yaralanan İsmayılzadə Elgiz Fərhad oğlunu evlərində ziyarət edib,onun səhhəti və
qayğıları ilə maraqlanıb, Allahdan şəfa diləyib.İcra başçısı bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqədə lokal
xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri yerinə
yetirdilər. Ordumuz cəmi bir gün ərzində erməni terrorçularını ağ bayraq qaldırmağa
məcbur etdi.Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraqQarabağda suverenliyimizi
tam bərpa etdi.
Bu əməliyyatlarda şəhid olan igid oğullarımıza Allahdan rəhmət diləyir,qazilərimizə can
sağlığı arzulayırıq. Onlar bizim fəxrimiz, tarix yazan oğullarımızdır.
Gizir İsmayılzadə Elgiz və onun ailə üzvləri yaralı hərbçilərin müalicəsinə göstərilən
yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Tarix: 12-10-2023, 17:52