Rayon rəhbərinin Təzəkənd kəndində növbəti səyyar qəbul- görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının 
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi 
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların 
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qaradağlı kənd 
inzibati ərazi dairəsinin Təzəkənd kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, 
səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra 
nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri 
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində 
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal 
xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli 
Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən 
genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin 
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi 
infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və 
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib.
Qəbulda icra başçısı lokal xarakterli antiterror əməliyyatlarından sonra 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan 
xalqına müraciətindən də danışıb. Rayon rəhbəri respublika prezidentinin 
xalqa müraciətindən bəzi məqamları diqqətə çatdırıb: “Vəhşi kimi gəlib 
başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, 
yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-
yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan 
ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə 
ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir 
əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.
Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik!”
Rayon rəhbəri Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq 
saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə 
qanun qarşısında cavab verəcəklərini vurğulayıb.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən 
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, 
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə 
əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi 
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə 
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda 
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan 
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan 
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların 
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Təzəkənd kəndinin 396 hektar ərazisi, 218 təsərrüfatı, 914 nəfər 
əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 4 ticarət obyekti, 2 məişət, 2 
iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul 
olurlar. Kənd daimi işıq, qazvə içməli su ilə təmin olunub.
Sakinlər 595 baş iribuynuzlu, 99 baş xırdabuynuzlu heyvan, 2833 baş quş, 
113 arı ailəsi saxlayırlar.
Son üç ildə Təzəkənd kəndinində kəndarası yollar 800 m cari təmir olunub, su 
arxları 8000 m məsafədə lildən təmizlənib,kənd ərazisində 600 ədəd müxtəlif 
növ ağac əkilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana 
salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış 
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin 
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından 
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət 
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu 
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Rəşid Məmmədov subartezian quyusunun təmiri, Elxan 
Abbasov içməli su bulaqların sayının artırılması və digər məsələlər ilə bağlı 
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 12-10-2023, 17:59
Xəbəri paylaş





Xəbər lenti