Salyan sakinləri rayondakı natəmizlikdən şikayətçidir - Rəsulzadə, İbrahim Qurbanov və digər küçələr...


Salyan sakinləri küçələrin natəmizliyindən şikayətçidir.
 
Pravda.az-ın xəbərinə görə, onlar Mənzil Kommunal İstismar İdarəsinin fəaliyyətindən narazılıq edirlər. 
 
Bildirilir ki, küçələr vaxtında təmizlənmir, təmizlənəndə də, daşınma qaydalarına düzgün riayət edilmir. Rayonun Məhəmməd Əmin Rəsulzadə və İbrahim Qurbanov küçələrinin sakinləri qeyd edirlər ki, təmizlik zamanı zibillər küçənin konkret nöqtəsində toplanır, bu nöqtə də kiminsə evinin qapısının önü və ya hansısa evin arxasıdır. Toplanan zibil isə günlərlə götürülmür.
 
"Biz irad bildirəndə isə deyirlər ki, rəhbərimiz Elməddin adlı şəxs belə göstəriş verib. Ona kimsə bir söz deyə bilməz. Narazılıq edən zaman idarənin əməkdaşları, hətta bəzi hallarda hücum etməkdən də çəkinmirlər. Onlara bu səlahiyyəti kim verib? Dəfələrlə idarə rəhbərliyinə şikayətimizi çatdırmışıq, nəticə yoxdur. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun fəaliyyətindən narazılığımız yoxdur. Amma belə idarə rəislərinin, məmurların yarıtmaz fəaliyyəti onun fəaliyyətinə kölgə salır. Ümid edirik ki, icra başçısı rayonda təmizlik işlərinə məsul olan quruma nəzarəti gücləndirəcək, müvafiq tapşırıqlar verəcək", - sakinlər qeyd edib.
 
Onlar daxili yolların bərbad olmasından da narazılıqlarını ifadə ediblər.
 
Xəlil Rzayev
 Fotoları təqdim edirik












Tarix: 21-10-2023, 15:16
Xəbəri paylaş





Xəbər lenti