SEKTOR MÜDİRİNDƏN SONRA LARTİ RƏHBƏRİ DƏ GETDİ: ASTARA TƏHSİLİNDƏ NƏ BAŞ VERİR?- İTTİHAM – İTTİHAM VAR…


Astara təhsilində qəribə hadisələr baş verir. Belə ki, son 1 ayda rayon təhsilinə cavabdeh olan ən səlahiyyətli 2 şəxs istefaya gedib. Öncə, sentyabr ayında Astara Təhsil sektoru müdiri Ülviyyə Əliyevə şok bir şəkildə vəzifədən getdi, onun yeri dolmamış, bu dəfə Lənkəran-Astara regional müdiri Elxan Nəcəfov ani bir şəkildə yoxa çıxdı.
Hər ikisi şəxsin, mövcud vəzifədə cəmi 1 il qaldıqlarını və getdikləri yeni vəzifələrin, daha az cəlbedici olduğunu nəzərə alanda, bu gedişlərin, qeyri-iradi və məcburi olduğu aydın olur. Hər halda, Elxan Nəcəfoun getdiyi Naxçıxan-kiçik və büdcəsi məhdud bir yerdir və orda, Təhsil Nazirinin müavini olmaq, demək olar ki, Azərbaycanda "regional müavini" olmaq kimi bir şeydir. Yaxud da Astara sektor müdiri Ülviyyə Əliyevanın getdiyi yeni vəzifə-icra hakimi müavini vəzifəsi, faktiki olaraq, ikinci dərəcəli və aşağı bir vəzifədir.
Bəs, yaxşı bu şok gedişlərin, qeybolmaların səbəbi nədir? Niyə Elxan Nəcəfov dərs ilinin ortasında, işçilərini və minlərcə təhsilverənləri tək buraxıb, hər şeyi "tərsə-mayallaq" qoydu? O, nədən qaçdı?
Xatırladaq ki, cəmi 3 ay öncə, "Astaranın Gənc Alimləri"nin nümayəndəsi Emin Mirzəli mediaya verdiyi müsahibədə Elxan Nəcəfovun işdən getməyə məcbur qalacağını demişdi. Daha öncə Astara təhsil müdiri Rəşad Həsənovun aqibətini də doğru proqnozlaşdıran ekspert, bu dəfə də yanılmadı.
Emin Mirzəlinin məsələyə reaksiyası maraqlı oldu:
"Elxan Nəcəfovun gedişi surpriz olmadı. Yadınızdadırsa, biz bu ilin iyul ayında verdiyimiz müsahibədə, Elxan Nəcəfovun tezliklə qaçmaq məcburiyyətində qalacağını demişdik. Bəli, elm, yenə də gücünü sübut etdi və alimlər qalib gəldi! Biz Elxan Nəcəfova son dəfə xəbərdarlıq edib, ona payıza qədər vaxt vermişdik. Konkret olaraq, onun qarşısında, rayonumuzdakı 3 böhranlı məsələni qaldırmışdıq: 1)Şəhər 6 saylı məktəbinin qalmaqallı direktoru Ülviyyə Bayramova barədə ciddi tədbir görmək. 2)Burzubənd məktəbinin mafioz direktorunu nəhayət işdən qovmaq. 3)Astara təhsil sektorunun məsləhətçisi, biabırçı videolarla təhsil mühitini korlayan Elçin Mirəzadəni qovmaq.
Əlbəttə, Elxan Nəcəfov görünür ki, onlardan çoxlu pul aldığı üçün ya da həm də kimlərsə tərəfindən tapşırıldıqları üçün, bu ləyaqətsiz şəxslərlə bağlı tədbir görmədi. Buna görə də biz avqust ayında LARTİ-ya və rəhbərinə ciddi mesaj göndərdik: payızda "savaşa" hazır olun! Əlbəttə, bu "savaş"da uzun müddət dirənə bilməyəcəklərini və əllərindəkini də itirib biabır olacaqlarını gördülər. Elxan Nəcəfov təslim olub, "aradan çıxdı". Onlar, bizim gənc alim, şəhər 4 saylı məktəbin psixoloqu Daşqın Əliyevi məhkəmə vasitəsilə əngəlləyəcəklərini düşündülər, lakin orda da umduqlarını əldə edə bilmədilər. Daşqın bəy o məktəbə bərpa olundu və bu isə, faktiki olaraq, onlar üçün "troya atı" demək idi. Bir şeyi deyim ki, E. Nəcəfov təbii ki, dürüst birisi deyildi, amma öncəki müdir Rəşad Həsənovdan fərqli olaraq "helmli" olduğu üçün, vəziyyətin nə qədər çətin olduğunu anlayıb, "canını" vaxtında qurtardı.
Lakin, hər halda adı, saytlarda hallandığına görə, Təhsil Nazirliyində yenidən işə düzəlməsi çox çətin idi və məcbur qalıb uzaq Naxçıxana üz tutdu. Bu, onun üçün sürgün kimi bir şeydir.
Ülviyyə Əliyevaya gəlincə: onun da getməsi sözsüz ki, məcburiyyətdən oldu. Əgər bilsəydi ki, Astarada bu qədər ifşalarla qarşılacaq, heç əvvəldən Lənkərandan durub buraya gəlməzdi.
"Bəs bundan sonra Astara və region təhsilini nə gözləyir?" sualına isə gənc alim bunu dedi:
"Bundan sonra Astarada və regionda təhsilə rəhbər gələcək olan şəxslərin "qurd ürəyi" yemiş olması lazımdır. İnternetdə sadəcə yüngülvari bir axtarış edəndə, burda vəziyyətin nə qədər dramatik və təhlükəli olduğu aydın olur. Odur ki, buraya rəhbər gələcək olan şəxsin, o qədər də ağıllı, savadlı və uzaqgörən birisi olacağını düşünmürəm. Astara və region təhsilində isə yaxın zamanda, irəliyə doğru ciddi bir dəyişiklik gözləmirəm".

"ASTARANIN GƏNC ALİMLƏRİ"


Tarix: 23-10-2023, 10:43
Xəbəri paylaş





Xəbər lenti