QIŞ QAPININ AĞZINDA – BILƏSUVARIN ELEKTRIK TƏSƏRRÜFATINDA PROBLEMLƏR DƏRINLƏŞIR

QIŞ QAPININ AĞZINDA –
Biləsuvar rayon sakinlərinin “Azərişıq” ASC-nin Biləsuvar rayon Elektrik Paylayıcı Şəbəkəsinin fəaliyyətindəki neqativ hallarla bağlı narazılıqları artmaqdadır. Qışın qapının ağzını kəsdirdiyini də nəzərə alsaq, təxmin etmək olar ki, bu müstəvidə şikayətlər daha da çoxalacaq.

Sözügedən idarənin fəaliyyətində əsasən aşağıdakı problemlərin altı cızılır:

— Elektrik transformatorları yenilənmiş kimi göstərilir, halbuki, köhnəsinin üst hissəsi rənglənərək yenidən istifadəyə verilir;

— Bəzi transformatorların ətrafı açıq olduğundan, yerli sakinlər və onların mal — qarası üçün real təhlükə mənbəyi hesab olunur;

— Yararsız hala düşmüş və yıxılmaq üzrə olan şalban dirəklər beton və ya dəmir boru ilə əvəzlənmir. Basdırılan dirəklərin isə dibləri lazımi qaydada bərkidilmədiyindən, aşmaq təhlükəsi daşıyırlar;

— Yeni elektrik xəttlərinin köhnə ağac dirəklərdən quraşdırılması zamanı yüklərin ağırlığından, bu yararsız dirəklərdə əyilmələr və deformasiyalar əmələ gəlmişdir. Yəni, köhnələrin çıxarılması, yeni dirəklərin basdırılması, elektrik xəttlərinin yenidən quraşdırılması və s. xidməti işlərin görülməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait sənəd üzrə mənimsənilmişdir;

— Xəttlərdə gərginlik normal 220 volt əvəzinə 170-180 qeydə alınır ki, bu da istehlakçıların elektrik enerjisinə tələbatının tam və keyfiyyətli şəkildə ödənilməməsi, məişət elektrik cihazlarının sıradan çıxması ilə müşayiət olunur;

— Biləsuvar PEŞ-nin ştat cədvəlində və ödənişli əsaslarla ictimai işlərə cəlb olunan şəxslər sırasında işə çıxmadıqları halda maaş yazılanlar vardır.

Qeyd olunan neqativ hallarla bağlı suallarımıza aydınlıq gətirməsi üçün Biləsuvar Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi cənab Rəfail Məmmədovla telefon əlaqəsi saxladıq. Rəis tövsiyə etdi ki, suallarımızı elektron sorğu məktubu halında idarənin əməkdaşı Rafət Buludovun imeyl poçtuna göndərdik. Elə də etdik. Gözləyirik, hələ də cavab yoxdur.

Deryaz.az
Tarix: 27-10-2023, 08:27
Xəbəri paylaş





Xəbər lenti