Salyanın icra başçısı ilə bağlı ŞOK İDDİA... - BU NƏDİ BELƏ?!
Salyan Rayon İcra Hakimiyyəti başçısına aid olan məvacibi Hətəmov Sevindik Hacağa oğlu alır... - Salyan rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə HAQSIZLIQ...ŞİKAYƏTÇİLƏR imdad diləyirlər...
DİA.AZ Gundelik-baku.com-a istinadla bildirir ki, bu haqda Salyan sakini tərəfindən qaynar xəttimizə göndərilən şikayət məktubunda məlumat verilib. Şikayətçinin sözlərinə görə, aztəminatlı ailələrlə bağlı Salyan RİH-ə göndərilən müraciətlərə baxılmır, komissiya bizlərə haqsızlıqlar edir və buna da göz yumulur: "Küçələrdə iki azyaşlı uşağımı nə zülmlərlə böyüdürəm, çox acınacaqlı durumdayam. Komissiyaya nə qədər müraciət etmişəmsə, hamısı cavabsız qalıb. Sizdən xahiş edirik ki, bu haqsızlığı bizdən duyub lazım olan yerlərə çatdırasınız". Bəli, bu gün Salyan Rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələr fəryad diləyir... Rayona rəhbərlik edən şəxslərdən kömək istəyirlər... Onların da ürəklərində olan arzularının çin olmasını diləyirlər. Amma əvəzində nə görürlər..? Qayğı və diqqət əvəzinə, qayğısızlıq və diqqətsizlik. Ölkə Başçımızın vətəndaşlarımıza çox böyük nəvazişlə yanaşması, deyəsən, Salyan Rayon İcra Hakimiyyətinin işçilərinin və Salyan Rayon rəhbər vəzifələrdə çalışanların diqqətindən qaçır... Bir məsələni xatırladaq ki, bu gün Ölkə Başçımız - Cənab Prezidentimiz hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşır. Yerlərdə olan məmurların vəzifə borcları vətəndaşlarımıza xidmət etməkdir. Xatırladaq ki, sözügedən rayon Salyan Rayonudur. Salyan Rayon İcra Hakimiyyətində İcra Başçısı məvacibini Hətəmov Sevindik Hacağa oğlu alır. Məsələnin ciddiliyini nəzərə alaraq daha geniş araşdırma yazısını hazırlayacağıq.