İcra başçısı Şəhid Emin Abbaszadənin 40 mərasimində iştirak edib

İcra başçısı Şəhid Emin Abbaszadənin 40 mərasimində iştirak edib
Oktyabr ayının 30-da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin ailə üzvləri
ilə birlikdə lokal antiterror əməliyyatlarında şəhid olan rayonun Kəngərli kənd sakini
1998-ci il təvəllüdlü gizir Abbaszadə Emin Faiq oğlunun 40 mərasimində iştirak edib.
Əvvəlcə şəhidin doğmaları ilə şəhidin məzarı ziyarət edilib, onünə gül dəstələri
düzülüb. Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov
şəhidlərin ruhuna dua oxuyub. Bu barədə Siam.az-a RİH-dən xəbər verilib.
Rayon rəhbəri mərasimdə şəhidin ailə üzvlərinə başsağlığı verərək, onlara Ulu Tanrıdan
səbr diləyib, Eminin qısa, lakin mənalı ömür yolunun gəncərə örnək olacağını
vurğulayıb, şəhidin valideynlərinə Emin kimi oğul böyütdükləri üçün minnətdarlıq edib.
Qeyd olunub ki, sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan Ordusu cəmisi
23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur etdi, işğal altında olan
torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və hakimiyyətinin 20-ci ildönümündə-
oktyabrın 15-də Ali Baş Komandan cənab İlham Əliyev Xankəndində, Ağdərədə,
Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi.
Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu oldu. Eldən
gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına
qovuşsunlar! Xalqımız tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyevlə və
onun hakimiyyəti dövründə yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı
işğaldan azad edən gənclərimizlə fəxr edir.
Mərasimdə şəhidin doğmaları, dostları, onu tanıyanlar Eminlə bağlı xatirələrini
bölüşüblər, Emin kimi oğulların sayəsində qələbə qazanıldığını vurğulayıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentə öz
minnətdarlıqlarını bildiriblər.
Tarix: 30-10-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti