Tərtər Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşları sentyabr ayının 19-
da lokal antiterror əməliyyatlarında şəhid olmuş əslən Tərtər rayonunun
Çardaqlı kəndindən olan 2002-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət
edən hərbi qulluqçu Ağayev Kənan Vahid oğlunun Oğuz rayonunda təşkil
olunan 40 mərasimində iştirak ediblər.Əvvəlcə şəhidin məzarı ziyarət edilib, xatirəsinə hörmət və ehtiram əlaməti
olaraq məzarı önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dua oxunub.
Sonra şəhidin 40 mərasimində şəhidin aliəsinə başsağlığı verilib, ona Ulu
Tanrıdan rəhmət dilənib, Vətən uğrunda canından keçməyi bacaran Kənan
kimi vətənpərvər oğul böyütdükləri üçün onlara minnətdarlıqlarını
bildiriblər.
Qeyd olunub sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan
Ordusu cəmisi 23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur
etdi, işğal altında olan torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və
hakimiyyətinin 20-ci ildönümündə-oktyabrın 15-də Ali Baş Komandan
cənab İlham Əliyev Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə
Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi.
Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu
oldu. Eldən gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz
tezliklə öz sağlamlıqlarına qovuşsunlar! Xalqımız tarix yazan Ali Baş
Komandanımız cənab İlham Əliyevlə və onun hakimiyyəti dövründə
yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı işğaldan azad
edən gənclərimizlə fəxr edir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 30-10-2023, 22:34