Şəhid Cavid Səfərovun 40 mərasimi keçirilib

Şəhid Cavid Səfərovun 40 mərasimi keçirilib
Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda
keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi
qulluqçusu 2005-ci il təvəllüdlü, rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən
oğlunun 40 mərasimi keçirilib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-
mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının
sədrləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin doğmaları ilə şəhidin məzarı ziyarət edilib, onünə gül dəstələri
düzülüb.
Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin
ruhuna dua oxuyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən naminə canını
fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə
yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.
O, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır
zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla
Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək,
onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər
birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər birinin həyatı bir
qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad
edirik.
Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti, möhtərəm Ali Baş komandan İlham
Əliyevin 20 illik hakimiyyəti dövründə apardığı məqsədyönlü daxili və xarici
siyasətindən, respublikamızın inkişafından, düşmən üzərində qazanılan şanlı
qələbədən, ölkə rəhbərinin antiterror əməliyyatlarından sonra işğaldan azad olunmuş
ərazilərdə-Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını
dalğalandırmasından, Ali Baş komandanla bütün xalqımızın qürur duymasından da
danışıb, qalib ölkənin qalib vətəndaşı olmağın gözəl hiss olduğunu vurğulayıb.
Mərasimdə şəhidin doğmaları, dostları, onu tanıyanlar Cavidlə bağlı xatirələrini bölüşüb,
onun kimi oğulların sayəsində qələbə qazanıldığını vurğulayıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 1-11-2023, 08:20
Xəbəri paylaş





Xəbər lenti