Naxçıvan gömrüyü: RÜŞVƏT QAPISI... - Azərbaycana belə XOŞ GƏLDİN deyirik...
Naxçıvan tərəfindəki rüşvət və süründürməçiliyə etiraz edən yüzlərlə türkiyəli TIR sürücüsü srağagün axşam saatlarında Sədərək gömrüyünə yürüşü edib. DİA.AZ bu barədə yerli sakinlərə istinadən xəbər verir.
Sakinlərin dia.az-a bildirdiklərindən belə aydın olur ki, narazı sürücülər artıq gömrükdəki rüşvədən usanaraq problemin birdəfəlik həll olunmasını ələb edirlər.
Sürücülər bildirir ki, Türkiyəyə qayıtmaq istəyərkən, heç bir səbəb olmadan, onları gömrüyün qarşısında günlərlə gözləməyə məcbur edirlər.
Lakin, 100-150 avro rüşvət verənlər sırada gözləmədən, dərhal gömrüyü keçə bilir. Sürücülər bildirir ki, lazımsız növbəni yaratmaqda məqsəd, onları rüşvər verməyə məcbur etməkdir.
Məsələ diqqəimizdədir. Baş verənlərlə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.