Samux sakinləri parkların məhv edilməsindən şikayətçidirlər - FOTOLAR


Samux rayonu, Alabaşlı qəsəbə sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Bələdiyyə tərəfindən parklar məhv edilir, satılır:
"Biz sakinlər yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Artıq 2-ci dəfədir sizə müraciət edirik. Deməli, bizim sikayətimiz ondan ibarətdir ki, Alabaşlı qəsəbəsində Ulu Öndərimiz Heydər Əliyevin ruhuna hörmət əlaməti olaraq təşkil olunan ağacəkmə aksiyası zamanı biz sakinlər kəndin mərkəzində yerləşən 10 sot torpaqda çınar və yolka ağaçları əkmişik. Həmin sahənin yanında da voleybol meydançası var idi. Yaşlılar, cavanlar orada istirahət edir, dincəlirdik.
Lakin Bələdiyyə həmin 15 sot torpaq sahəsini zəbt edərək, 2 nəfərə satmışdır. Ərazidə bəzi ağacların 25 ilə yaxın yaşı var. Bu torpağı alan şəxslər, əlbəttə ki, bir gün həmin ağacları kəsəcək. Biz orada xırda abadlıq işləri aparıb, özümüz üçün park salmışdıq. İndi isə ərazini hasarlayıb, girişimizə qadağa qoyublar.
Bələdiyyə deyir ki, "yaxşı edib satmışam, torpaq mənimdir, mən bilərəm".
Sakitçiliyi, yaşıllığı məhv edirlər, İcra Hakimiyyəti də buna göz yumur".
Məsələ ilə bağlı Samux rayonu Alabaşlı Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 2-11-2023, 14:34
Xəbəri paylaş





Xəbər lenti