Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kəndində
keçirilib.
Qəbulda YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər
xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və
kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal
xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi
infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib,
respublika prezidentinin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və
inkişafı həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında
olmasından, oktyabın 15-də terrorculardan təmizlənmiş ərazilərdə
Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını
dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından
danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri
xatırladıb:” Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma
qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı
“Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz,
əminəm və inanırdıq ki, bu gün gələcək.”
Rayon rəhbəri Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq
saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə
qanun qarşısında cavab verəcəklərini vurğulayıb.
İcra başçısı respublikamızda, eləcə də rayonumuzda 8 noyabr-Zəfər Gününə
gedən hazırlıq işlərindən danışıb, bu il Zəfər Bayramının daha möhtəşəm
olacağını vurğulayıb.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən,
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə
əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Ələsgərli kəndinin 420 hektar ərazisi, 310 təsərrüfatı, 1137 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 2 ticarət obyekti,
1 iaşə və 1 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə içməli su ilə təmin olunub.
Sakinlər 386 baş iribuynuzlu, 1205 baş xırdabuynuzlu heyvan, 11854 baş quş,
46 arı ailəsi saxlayırlar.
Son üç ildə Ələsgərli kəndinində ümumi orta məktəbdə elektrik və istilik
sistemi təmir edilib, 5 ədəd subartezian quyusu istifadəyə verilib, su arxları
6000 m məsafədə lildən təmizlənib,kənd ərazisində 1950 ədəd çəkil və 210
ədəd çinar ağacları əkilib, uçuq vəziyyətdə olan körpü bərpa olunaraq
vətəndaşların istifadəsinə verilib, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Məryəm Hüseynova yeni tikilmiş evinə qaz sayğacının
quraşdırılması, Məhəmməd Şirinov suvarma arxlarında bəndlərin bərpası və
digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-11-2023, 18:43