Rayon rəhbəri Ələsgərli kəndində şəhid Şahbazov Ruslanın ailəsində olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon 
təşkilatının sədriEldar Əsədovla birlikdə Ələsgərli kəndində şəhid Şahbazov 
Ruslanın ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.

Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların 
döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı 
ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin 
qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş 
Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə 
igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini 
bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda 
aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin 
başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət 
başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla 
yanaşmağı tapşırdığını bildirib. 
Qeyd edək ki, Ruslan Mahir oğlu Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin 
giziri idi. O, 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində 
anadan olub.
2014-cu ildən müddətdən artıq hərb qulluqçu kimi xidmətə başlayıb. O, 2016-
ci ilin 2-5 aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan 
44 günlük Vətən müharibəsində isə Talış, Suqovuşan kəndi uğrunda gedən 
döyüşlərdə iştirak edib. Düşmənin 5 tankını, xeyli canlı qüvvəsini məhv edib 
və Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub, Ələsgərli kədnində 
dənf olunub.
Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq 
Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad 
olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan 
Ordusunun 100 illiyi” medalalrı ilə təltif olunub.
Ruslan Şahbazovun adına doğulduğu kənddə bulaq tikilib. Tərtər şəhərində 
isə adına küçə verilib, xatirəsi əbədiləşdirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan 
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Tarix: 2-11-2023, 20:45
Xəbəri paylaş





Xəbər lenti