Cəlilabadda bu məktəbdə boş dərslərə xadimə girir– İDDİA


AÇIQLAMA GÖZLƏYİRİK!!!

Kanal15.tv-yə istinadən TəhsilMedia.az xəbər verir ki, Cəlilabad rayon sakini, Vəsilə Hüseynova işlədiyi təhsil müəssisəsində zorakılığa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, işlədiyi Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbində ayrı seçkiliyə məruz qalıb:

“Mən işə girəndə pul verməmişəm. Buna görə də məni incidirlər. Məktəbin bütün tualetlərin mənə veriblər ki, yu. Boş dərs olanda, deyirlər ki, get müəllimi əvəz elə. 2-ci növbədə məni işdə saxlayırlar. Təsərrüfat müdirimizin də bacısı bizimlə işləyir. Amma sadəcə adı gedir, onun əvəzinə də biz işləyirik. Məktəbdə 8 nəfər xadimə olmalıdı, amma 5 nəfəri işləyir. Mən şəhid bacısıyam və əməliyyat olunmuşam. Əslində yüngül işdə işləməli idim mən. Bütün ağır işlər mənə verilib. Şəhidin il dönümünə getdiyim üçündə, dedilər ki, sən işə niyə gəlmirsən?! Direktor əvəzi və təsərrüfat müdirimiz mənə zülüm edir”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 2-11-2023, 22:29
Xəbəri paylaş





Xəbər lenti