Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatının, inzibati
ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssissə və təkilat
rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib. Bu barədə yerli RİH xəbər verib.
Tədbirdə Ümummilli liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban
vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra 2023-cü ilin 9 ayında
görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2023-cü
ilin 9 ayı ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 199 milyon 862.4 min
manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3.0 faiz
artıb.

Hesabat dövründə kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275.0 min
manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706.0 min manat
olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min
manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat
sektorunda yük daşınması 18.9 faiz artaraq 250.0 min ton, sərnişin daşınması 8.7 faiz
artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.

Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 163 yeni
iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda,
123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq
subyektlərinin sayı 525 olmuşdur.

2023-ci ilin 9 ayında rayon üzrə orta aylıq əmək haqq 2022-ci ilin müvafiq dövrünə
nisbətən 66.0 manat və ya 13.0 faiz artaraq 575.5 manat təşkil etmişdir.

Sonra icra başçısı rayonda aparılan tikinti-abadlıq işlərindən danışıb. Qeyd olunub ki,
Ölkə Prezidenti Cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə
“Azərbaycan Respublikası Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” rayonumuzda da uğurla icra olunur.

Müvafiq dövr ərzində rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri davam
etdirilmişdir.

Tərtər şəhərinin Hedər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir
Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa
çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib,
yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb.
Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda
aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və
bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və
müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin
personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar
təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın
istinad divarları aqlay daşları ilə üzlənib, məhəccərlər təmir olunaraq rənglənib,
insanların istirahəti üçün şərait yaradılıb.

Vasif Hüseynov küçəsində yerləşən Şəhid bulağında yenidənqurma və təmir işləri
aparılmışdır.

Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərdə təmir işləri
aparılmış, tamet daşları düzülmüşdür.

Tərtər şəhərin Qənbər Qənbərli, Sənan Məmmədov, Azər Şəmilov, Süleyman
Məmmədov, Şakir Həsənov, Fizuli Rüstəmov küçələrində də istinad divarları hörülüb
hündürləşdirilmiş, divarlar aqalay və bəzək daşları ilə üzlənmişdir. Kommunikasiya işıq,
telefon xəttləri səliqəyə salınmış, ağaclar budanmış, təmizlik işləri aparılmışdır. Hazırda
Fizuli Rüstəmov küçəsində son tamamlama işlər davam etdirilir.

Vətən müharibəsi şəhidləri Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Polad
Həşimov, Anar Əliyev, Ruslan Şahbazov, Aslan Hüseynov, Aysənan Abbasov, Məftun
Əhmədzadə və Fizuli Rüstəmovun adına verilmiş küçələrdə şəhidlərin baralyefləri
quraşdırılmışdır.

Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində
yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 35 min müxtəlif
növ ağaclar, 6 min ədəd gül kolları və 200 min ədəd həmişəyaşıl kolları əkilmiş,
respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1 milyon 147.8 min manatlıq carı
təmir və saxlanma işləri görülmüşdür.

Heydər Əliyev Fondunun hesabına 320 şagird yerlik Azad Qaraqoyunlu və Təhsil
Nazirliyinin xətti ilə 360 şagird yerlik Tərtər şəhər 5 saylı tam orta məktəbləri üçün yeni
məktəb binaları tikilib, şəhər 3 nömrəli ümumi orta məktəb, Köçərli və Hacıqərvənd
kənd tam orta məktəblərində isə cari təmir işləri aparılaraq məktəblilərin istifadəsinə
verilmişdir.

Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının
tikinti işləri davam etdirilir.

Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı
məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər
yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində
məqsədyönlü işlər görülmüşdür.

9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 96 milyon 275.0 min manat təşkil
etmişdir ki, onun da 61 milyon 558.5 min manatı bitkiçilik, 34 milyon 716.5 min manatı
heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrünə
nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 11.4 faiz artmışdır.

Cari ildə 8929,9 hektar sahədə taxıl becərilib ki, onun 5245,2 hektarı buğda, 3684.7
hektarı arpa olmuşdur. Rayonda 38907,7 ton taxıl istehsal olunmuşdur. Taxıl istehsalı
2022-ci ilə nisbətən 17.1 faiz artmışdır.

Cari ilin 9 ayı ərzində rayonda 3017,1 ton pambıq, 5709.4 ton dən üçün günəbaxan,
5715 ton kartof, 15085.7 ton müxtəlif tərəvəz məhsulları, 793.4 ton dən üçün qarğıdalı,
68.7 ton lobya, 51.5 ton noxud, 4.5 ton sorqo, 9464.6 müxtəlif növ meyvə və giləmeyvə,
809.6 ton üzüm istehsal olunmuşdur. Məhsul yığımı davam edir.

Cari ildə 21.5 hektar sahədə yeni meyvə bağları salınmışdır.

Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Tarix: 4-11-2023, 23:24
Xəbəri paylaş





Xəbər lenti