Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev 
prospektində, Mahir Əsədov, Rasim Mürsəlov, Mehdi Hüseynzadə, Elman 
Hüseynov küçələrində və digər ərazilərdə “Heydər Əliyev İli” çərçivəsində 8 
Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra 
hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, Kommunal Təsərrüfatı 
İdarəsinin əməkdaşları, YAP könüllüləri və şəhər sakinləri iştirak ediblər.
 Aksiya çərçivəsində 100 ədəd eldar şamı və 100 ədəd sərv ağacı əkilib.
Tarix: 6-11-2023, 12:16
Xəbəri paylaş





Xəbər lenti