Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində 8 noyabr Zəfər Günü münasibəti ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda “dəyirmi masa”keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı 
ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasılnda “Ata 
vəsiyyəti və İnamlı Zəfər” mövzusunda “dəyirmi masa”keçirilib.

“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, 
Ağsaqqallar şurasının nümayəndələri, YAP ərazi ilk partiya təşkilatlarının 
sədirləri, idarə, müəssisə və təşkilatlardan olan nümayəndələr iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri 
düzülərək xatirəsi ehtiramla anılıb.
YAP rayon təşkilatının akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər 
Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 
bildirib ki, 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından vətən qibləmiz 
Şuşanın azadlığını xalqımıza Müzəffər Ali Baş Komandan olaraq müjdələyən 
İlham Əliyev deyirdi: "...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. 
Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu 
şaddır bu gün!.."
Bu sözlər bir oğul olaraq onun ata vəsiyyətini layiqincə yerinə yetirməsindən 
doğan xoşbəxtliyinin parlaq təcəssümü idi...
Bu, həm də "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü 
məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm 
qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə xalqa tarixi 
müraciətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini etibar etdiyi 
siyasi davamçısı İlham Əliyevin böyük əzm, qətiyyət, iradə ilə ölkəmizi 
Ümummilli Liderin arzularındakı zirvəyə ucaltmasından duyduğu qürurunun 
bariz nümunəsi idi.
1993-cü ildə Azərbaycanın başını bürümüş qara buludları dağıdaraq onun 
üzərinə günəş kimi doğan Ulu Öndərin apardığı mükəmməl daxili və xarici 
siyasət nəticəsində getdikcə dövlət müstəqilliyimiz möhkəmlənmiş, Ümummilli 
Liderin şəxsi səyləri, nüfuzu sayəsində Azərbaycan dünya səviyyəsində 
tanınan ölkəyə çevrilib, on illiklərdən sonra Qarabağda və Şərqi Zəngəzurda 
üçrəngli bayrağımız dalğalandırılıb, yüzminlərlə insanımız vətəndə 
qəribçilikdən qurtulub, tarixi yurdlarımıza Böyük qayıdış gerçəkləşdirilib, bir 
sözlə, Azərbaycan Zəfər ölkəsi, xoşbəxtlər diyarı olub.
Bir zamanlar arzularımızda yaşatdığımız bugünkü müasir, inkişaf etmiş, 
tərəqqiyə yüksəlmiş Azərbaycanın memarları isə bu torpağın yetişdirdiyi 
vətənpərvər oğullar - Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli 
davamçısı Qalib Lider İlham Əliyevdir.
Böyük vətənpərvər Heydər Əliyevin ocağında layiqli Azərbaycan vətəndaşı 
kimi yetişən İlham Əliyev atasının bu xalq, dövlət üçün gördüyü işlərin əyani 
şahidi, həm də gələcəkdə Ulu Öndərin yarımçıq qalan işlərini uğurla 
reallaşdıran layiqli davamçısı oldu. Bütün bunlara görə özünü xoşbəxt sayan 
İlham Əliyev bu barədə deyirdi: "Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər 
Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha 
çoxdur, nəinki başqa adamlarda".
Müdrik rəhbər bilirdi ki, onun yarımçıq qalan işlərini İlham Əliyev layiqincə 
yerinə yetirəcək. Gün gələcək Azərbaycan bayrağını Şuşaya məhz İlham 
Əliyev sancacaq. 2003-cü ilin oktyabrın 2-də tarixi müraciətində müdrik rəhbər 
xalqa üzünü tutaraq əminliklə bildirirdi ki, yüksək intellektli, praqmatik 
düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və 
təşəbbüskar bir şəxsiyyət İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və 
xalqımızın firavanlığı yolunda çox işlər görəcək.
Və çox keçmədən Azərbaycan xalqı vaxtilə Ulu Öndərin söylədiyi bütün bu 
məsələlərin İlham Əliyev tərəfindən əməldə qətiyyətlə gerçəkləşdirildiyinin 
şahidi oldu. 
Bəli, İlham Əliyev əzmi, gücü, iradəsi sayəsində qarşısına qoyduğu milli 
prioriteti qətiyyətlə gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi, 
müqəddəs üçrəngli ay-ulduzlu bayrağımızı bu ilin sentyabr ayının 19-da 
keçirilən antiterror əməliyyyatlarından sonra Ali Baş Komandan öz əlləri ilə 
Xankəndində, Ağdərədə, Xocavənddə, Xocalıda, Qarabağ və Zəngəzurun ən 
uca zirvələrində dalğalandırdı, erməni cəlladlarını qanun qarşısında cavab 
vermək üşün istintaq kürsüsündə əyləşdirdi. “Qisas qiyamətə qalmadı”! 
Azərbaycanı bütövləşdirdi.
İndi isə qurucu lider İlham Əliyev daha bir milli prioriteti Böyük qayıdışı 
gerçəkləşdirmək istiqamətində Qarabağ və Şərqi Zəngəzurda misilsiz bərpa 
quruculuq işləri görür. 
Bir sözlə, vaxtilə Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış 
siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev qətiyyət və 
müvəffəqiyyətlə gerçəyə çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixində ən parlaq 
uğurlara imza atması isə müstəqil Azərbaycanın bünövrəsini qoymuş və indi 
yüz illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 
əziz xatirəsinə ən böyük töhfədir.
Əminik ki, bu gün dünyanın ən böyük azərbaycanlısı, ölkəmizə rəhbərlik etmiş 
dahi rəhbər, ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında 
torpağını, xalqını sevən vətənpərvər bir oğulun atası olaraq Ulu Öndərin ruhu 
şaddır.
“Dəyirmi masa”da YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər şəhər 
İƏD üzrə nümayəndə Sahib Həsənov, Hüsənli kənd İƏD üzrə nümayəndə 
Gülüstan Əhmədova, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, 
İrəvanlı kən İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov, Sarov kənd tam orta 
məktəbin direktoru Almaz Qasımova çıxış ediblər. Çıxış edənlər 44 günlük 
Vətən Müharibəsi zamanı torpaqlarımız düşmən işğalından azad olunması, 
xalqımızın Zəfər tarixinin böyük yol keçdiyini, bu uğurlu yolun Ulu Öndər 
Heydər Əliyev tərəfindən başlandığını və onun müdrik siyasətinin layiqli 
davamçısı Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 
tərəfindən uğurla davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Tarix: 6-11-2023, 18:11
Xəbəri paylaş





Xəbər lenti