Ağstafada elektrik dirəkləri qəzalı, naqillər istismar müddətini başa vurmuş, sakinlər isə təhlükə altındadır – VİDEO
Elektrik dirəkləri qəzalı, naqillər istismar müddətini başa vurmuş, sakinlər isə hər an təhlükə altındadır. Sözügedən görüntülər Ağstafa rayonunda qeydə alınıb. Rayon mərkəzindən 7 km məsafədə yerləşən Vurğun qəsəbəsində “Tutdu bağ” adlanan küçədə işıq dirəkləri çoxdan köhnəlib. İllərdir sakinlərin öz hesablarına çəkilən elektrik xətləri bir neçə istiqamətdə tamamilə qəzalı vəziyyətə düşüb. Bir balaca külək əsən kimi işıqlarımız sönür. Bu barədə bir neçə il bundan əvvəl Ağstafa Rayon “Elektrik Şəbəkəsinə” müraciət etdik ki, külək əsən kimi işıqlarımız sönür xahiş edirik bizə bir əncam çəkəsiz. Şikayətçilərin sözlərinə görə, məsələnin həlli ilə bağlı “Azərişıq” ASC-yə və digər aidiyyəti qurumlara müraciətlər etsək də hələ ki, bir nəticə yoxdur.