Ağdam sakini ÇARƏSİZ DURUMDA... - GİLEY


Ağdam sakini Abbasov Bəxtiyar Surxay oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 44 günlük müharibə vaxtı evi dağılıb, heyvanları tələf olub, rəsmi qurumlar gəlib baxış keçirsələr də, ona dəyən zərə ödənilməyib:

“Mən, Abbasov Bəxtiyar Surxay oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Özüm II qrup əliləm. Biz döyüş bölgəsində yaşayırdıq, cəbhə xəttinə 2 km ara məsafəmiz var idi. 44 günlük müharibənin 20-ci günündə mənim mal-qaram tələf oldu, evim yararsız vəziyyətə düşdü.

Müharibədən sonra nazirlikdən gəlib baxış keçirdilər, lakin mənə dəyən zərər ödənilmədi.

Hər yerə müraciət etmişəm. Məcbur qalıb “Kapital Bank”dan kredit götürüb, evi səliqə-səhmana saldım. Ağdam Prokurorluğu, İcra Hakimiyyəti, Prezident Aparatı - bunların hamısı vəziyyətimdən xəbərdardırlar. Mənə evimə dəyən ziyana yox, sadəcə əşyaların məhv olmasına görə 1000 manat pul yazdılar. 1000 manatı verdilər, amma evimə, tövləmə dəyən ziyanı ödəmədilər.

İcra Hakimiyyətinə qəbula getdim. Gah dedilər şəhidimiz var, gah da qazilər gəlib, qəbul etmədilər. Orada bildirdim ki, evim də, malım-mülküm də şəhidimizə, qazimizə qurban olsun. Xahiş etdim ki, sadəcə, mənim 2 baş iribuynuzlu heyvanımı verin. Mənə dedilər ki, yaxşı, get xəbər verərik.

Gözlədim, heç bir xəbər çıxmadı. Axırıncı dəfə gedəndə mənə bildirildi ki, “get əlindən gələn yerə şikayət et, sənə heç nə verilməyəcək”.

Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Saytımıza bildirildi ki, Bəxtiyar Abbasovun şikayəti araşdırılacaq.

Mənbə: Hurriyyet.az
Təqdim etdi: SİAM.AZ

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ağdam sakini ÇARƏSİZ DURUMDA...
Ağdam sakini ÇARƏSİZ DURUMDA...
Ağdam sakini ÇARƏSİZ DURUMDA...
Ağdam sakini ÇARƏSİZ DURUMDA...
Ağdam sakini ÇARƏSİZ DURUMDA...


Tarix: 20-11-2023, 08:19
Xəbəri paylaş





Xəbər lenti