Rayon rəhbəri Sarıcalı kəndində şəhid Məmmədov Mehdinin ailəsində olub

İcra başçısı birinci Qarabağ müharibəsi şəhidi Bayramov Firudin Savalan oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sarıcalı
kəndində şəhid Mehdi Məmmədovun ailəsində olub, onların problemləri və
qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların
döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı
ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin
qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə
igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda
aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin
başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət
başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla
yanaşmağı tapşırdığını bildirib.
Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı
kəndində dünyaya gəlib.
Mehdi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13
okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən
tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədov Mehdi Elçin
oğlu ölümündən sonra "Ağdamın azad olunması", "Suqovuşanın azad
olunması" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

İcra başçısı birinci Qarabağ müharibəsi şəhidi Bayramov Firudin Savalan oğlunun ailəsini ziyarət edib

Tarix: 20-11-2023, 21:50
Xəbəri paylaş





Xəbər lenti