Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Hacıqərvənd
kəndində keçirilib.
Qəbulda rayon Ağsaqqallar şurasının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər
xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və
kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, lokal
xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatın müddəaların təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi
infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib,
respublika prezidentinin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və
inkişafı həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında
olmasından, oktyabın 15-də terrorculardan təmizlənmiş ərazilərdə
Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını
dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından
danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri
xatırladıb:” Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma
qoyduğum bütün vəzifələr icra edildi.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən
geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən,
qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə
əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə
rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda
aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan
İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan
hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Hacıqərvənd kəndinin 1271 hektar ərazisi, 702 təsərrüfatı, 2996
nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 körpələr evi-uşaq
bağçası, 1 kitabxana, 9 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə içməli su ilə
təmin olunub.
Sakinlər 1696 baş iribuynuzlu, 2422 baş xırdabuynuzlu heyvan, 10457 baş
quş, 83 arı ailəsi saxlayırlar.
Son üç ildə Hacıqərvənd kəndinində su arxları 8000 m məsafədə lildən
təmizlənib, kənd ərazisində 3000 ədəd çəkil ağacı əkilib, 4000 m məsafədə
kəndarası yollar təmir olunub, kənd qəbeistanlığı dəmir setka ilə hasarlanıb, 2
ədəd subartezian quyusu qazılıb, 1 ədəd subartezian quyusu təmir edilib, yol
kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Sərdar Həsənov həyətyani torpaq sahəsinin ayrılması,
Pərvanə Hüseynova borca görə qaz xəttinin kəsilməsi, Qurban Quliyev evinin
elektrik xəttinin yaxınlıqda olan transformatora qoşulması, Ülviyyə Əliyeva
ünvanlı sosial yardım almasına köməklik edilməsi və digər məsələlər ilə bağlı
müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 20-11-2023, 22:15