Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Poladlı kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Mamırlı kənd İƏD
üzrə nümayəndəliyin Poladlı kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi,
bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.Əvvəlcə icra başçısı şəhidlərin
xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Poladlı kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Poladlı kəndinin 207 hektar ərazisi, 109 təsərrüfatı, 547 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 8 ticarət oyekti, 1 iaşə obyekti, 1
məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul
olurlar. Sakinlər 342 baş iribuynuzlu, 305 baş xırdabuynuzlu heyvan, 1902 baş
quş, 27 arı ailəsi saxlayırlar.
Son üç ildə Poladlı kəndində 2.5 km məsafədə kəndarası yollar təmir edilib, su
arxları 8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1000 ədəd çəkil tingi,
150 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Rauf Rzalı pay torpaq sahəsinə gedən yolun zəbt
olunması, Rövşən Abdullayev  Oruc Qocayev pay torpaq sahələrinin
suvarılmasına köməklik olunması, Kamil İsmayılov  Vaqif Nəsibov pay
torpaq sahələrinə gedən su arxının təmizlənməsi, Vəliyəddin Əliyev su arxının
təmizlənməsi  Mamırlı-Poladlı yolunun əsaslı təmir olunması, Elbrus
Salahov vətəndaşlar tərəfindən qazılmış 4 ədəd su quyusunun elektrik xəttinə
qoşulması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 1-07-2024, 22:15
Xəbəri paylaş





Xəbər lenti