Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının
sədri Eldar Əsədovla birlikdə Mamırlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Salahov
Nizami Xansuvar oğlunun ailəsini ziyarət edib, onların problemləri  qayğıları ilə
maraqlanıblar. Görüşdə Vətən Müharibəsinin mülki şəhidləri Abbasov Xaliq və Elşənin
atası Abbasov Asif Misir oğlu, Azərbaycan Bayrağı ordenli, Vətən Müharibəsi qazisi
Salahov Elnur Elburus oğlu da iştirak ediblər.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və
lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi
sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək
olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan
nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət  qayğı ilə yanaşdığını, dövlət
başçısının hər kəsə şəhid  qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı
tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid İsmayılov Müşviq Bahadur oğlu 1971-ci il dekabr ayının 31-də Tərtər
rayonunun Mamırlı kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbini bitirib və
keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən
qayıtdıqdan sonra yaşadığı doğma kənddə Mamırlı kolxozunda kolxozçu işləyib. 1993-cü
ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib.
Xidmət etdiyi Milli Ordunun 703 saylı hərbi hissəsinin tərkibində erməni faşistlərinə qarşı
Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edib. 5 may 1994-cü ildə Ağdərə rayonunun
Həsənqaya kəndi uğrunda döyüşdə şəhid olub.
Subay idi. Mamırlı kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə  qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 1-07-2024, 22:21
Xəbəri paylaş





Xəbər lenti