Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının
sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Salahov
Nizami Xansuvar oğlunun ailəsini ziyarət edib, onların problemləri  qayğıları ilə
maraqlanıblar. Görüşdə Birinci Qarabağ Müharibəsi Şəhidi Allahverdiyev Mayıl İdris
oğlunun həyat yoldaşı Qəribova Çimnaz Əli qızı, Vətən Müharibəsinin mülki şəhidləri
Abbasov Xaliq və Elşənin atası Abbasov Asif Misir oğlu, Azərbaycan Bayrağı ordenli,
Vətən Müharibəsi qazisi Salahov Elnur Elburus oğlu da iştirak ediblər.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və
lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi
sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək
olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan
nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət  qayğı ilə yanaşdığını, dövlət
başçısının hər kəsə şəhid  qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı
tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Salahov Nizami 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun
Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd tam orta məktəbində
aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda
müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kolxozunda kolxozçu işləmişdir. 1993-cü
ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi
xidmətə çağırılmışdır. Hərbi xidmətini 703 saylı hərbi hissədə keçirmiş  Ağdərə
istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
27 aprel 1994-cü il tarixdə Ağdərə rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə
şəhid olmuşdur.
Evli idi. Aygün, Laləzər adlı iki qızı  Nurəddin adlı bir oğlu var. Poladlı kənd
qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə  qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 1-07-2024, 22:28
Xəbəri paylaş





Xəbər lenti