Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində yerləşən bələdiyyə torpaqlarına aid massivdə yüzə yaxın ağac naməlum şəraitdə kəsilib. Hurriyyet.Az bildirir ki, Konkret.Az-ın şimal bürosunun məlumatına görə, diametrləri 30-80 sm aralığında olan kəsilmiş vələs və qovaq ağaclarının oduncaq hissəsi ərazidən daşınsa da, qol-budaqlar ekoloji terrorun şahidləri kimi hələ də sahədə qalıb.
Xatırladaq ki, 100-ə yaxın ağac kəsilib və kəsilmiş ağacların oduncaq hissəsinin tam olaraq daşınması mümkün olmayıb. Bunun səbəbi isə sel sularının sıx ağacların olduğu zolağa gedən yolları keçilməz etməsidir.