İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib,
onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, ev
təmirinə köməklik olunması, yeni subartezian quyusunun qazılması, pay
torpaq sahəsinin suvarılması, sahibkarlıq obyektinin sənədləşdirilməsi, əkin
üçün bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması, işğaldan azad
edilmiş ərazilərdə evlə təmin olunma və digər məsələlərlə bağlı müraciət
ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub,
digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş
məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-07-2024, 22:32