Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov vətəndaşları niyə narazı salır? İDDİA VİDEO/FOTO

Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədov vətəndaşları niyə narazı salır?  İDDİAVİDEO/FOTO
Siam-az.com-un poçtuna daxil olan şikayət məktubunu təqdim edirik:
Ucar rayonu Küçəkənd kənd sakini Fərzəliyev Mirbala Eynulla oğlu tərəfindən

ŞİKAYƏT

Mənim şikayətim Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədovdandır.
Mən 2-ci dərəcəli əlil olmaqla Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında məsləhətçi işləyirəm.Şirvan Təcrübə Stansiyasının “Əli Kommersiya” Şirkətinə borcu olması barədə məhkəmə qətnaməsi var.Borcuda yaradan stansiyanın keçmiş müdiri Arzu Hacıyev olmuşdur. Hazırda onun barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.Həmin məhkəmə qətnaməsinin icrası ilə Ucar rayon İcra və Probasiya Şöbəsinin müdiri Şirvan Təcrübə Stansiyasının 75 ton taxılı olan anbarı bağlayıb üzərinə həbs qoyub.Hansı ki, həmin 75 ton taxıl yeni biçilib tam qurudulmadığı üçün ağzı bağlı anbarda tələf olur.
Azərbaycan Respublikasının heç bir qanunuda yoxdur ki. Tez xarab olan məhsulun üzərinə həbs qoyub ağzı bağlı anbarda saxlanılsın.Bu qanunsuzluğu isə Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov edib.
Ziya Məmmədov həmçinin mənim özümün xeyrimə çxarılmış digər məhkəmə qətnaməsini tez icar edilməsi üçün məndən 100 manat rüşvət alıb.Bunu təsdiq edən konkret subutlarım var.
Sizdən xahiş edirəm şikayətimi yerində obyektiv araşdırıb 75 ton yeni biçilib qurudulmayan taxılın qzərinə həbs qoyub ağzı bağlı anbarda saxladan Ucar rayon İcra və Probasiya Şöbısinin rəisi Ziya Məmmədovun barəsinə qanunu tədbirlər görəsiniz.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Siam-az.com




Tarix: 4-07-2024, 10:53
Xəbəri paylaş





Xəbər lenti