“Qardaşım evimin bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıb” – QAX SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

“Qardaşı evimin bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıb” – QAX SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Qax şəhər sakini Muxtarova Pərvanə Muxtar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş iddia edir ki, səhhətinin bərbad olduğu bir vəziyyətdə qardaşı evinin bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıb:
“Mən, Muxtarova Pərvanə Muxtar qızı, yazıb sizə bildirirəm ki, Nəsimi küçəsi, ev 3 ünvanında qeydiyyatdayam, tək yaşayıram. Qulağıma görə dəfələrlə əməliyyat olunmuşam. Heç bir yerdə işləmirəm. Hazırda çox çətin vəziyyətdə qalmışam. Belə ki, indi də gözümdən əməliyyat olunmalıyam.
Qardaşım Muxtarov Akif Muxtar oğlu mənim yaşadığım evin divarını, tualetini dağıdıb, həyətdəki ağaclara zərər verib. O, özünə aid olan hissəni başqa birinə satıb. Bu şəxsə verilən sənəddə yalnız onun ailə üzvlərinin adı qeyd olunub. Biz bacıların adları yoxdur. Məni yollara salıblar. Bilmirəm, 1 manatı gözümə dərman üçün verim, ya çörək alım. Səhhətim icazə vermir ki, işləyəm.
Vəkil Tahir müəllim məndən prosesi rəsmiləşdirmək üçün 1500 manat pul alıb. Amma sənədləri düzgün verməyib. Ölən insanın adına sənədlər hazırlayıb. Mənim bu işimə baxan yoxdur.
Mən xəstəliyimlə bağlı müavinət almıram. Ona görə, müalicəyə maddi imkanım çatmır. Məşğulluq Xidmətinə dəfələrlə işlə bağlı müraciət etmişəm, amma təmin olunmayıb. Bütün məktəblərə xadimə işi üçün müraciət etmişəm, amma bu işə də təyin olunmamışam”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 
Tarix: 12-07-2024, 09:00
Xəbəri paylaş





Xəbər lenti