İcra başçısı şəhid anasını qəbul edib


Tərtər Rayon İcra hakimiyyətinin başçıçı Müstəqim Məmmədov Kəlbəcər rayonunun
Çərəkdar kəndində qeydiyyatda olan, müvəqqəti olaraq Tərtər rayonunun Düyərli kəndində
yaşayan şəhid Mehdiyev Qardaşxan Muradxan oğlunun anası Mehdiyeva Mahiyyət
Şahmalı qızını qəbul edib.
Rayon icra hakimiyyətinin başçısı daim şəhid ailələrini növbədənkənar qəbul edir,
mütəmadi olaraq bütün şəhid ailələrində olur və onların qayğıları ilə maraqlanır.
Qəbul zamanı şəhid anası məskunlaşdığı ərazidə yol kənarında şəhid oğlunun adına bulaq
tikdirmək istədiyini  məhkəmənin qərarı ilə icra qrupunun əməkdaşlarının onları
məskunlaşdığı ərazidən çıxarmaq istədiyini bildirmişdir.
Onu diqqətlə dinləyən rayon rəhbəri şəhid anası Mahiyyət Mehdiyevaya Qardaşxan kimi
igid oğul böyütdüyü üçün minnətdarlığını bildirib, şəhid analarının dərdinə şərik olduğunu
deyib, Ulu Tanrıdan bütün şəhidlərə rəhmət diləyib.
İcra başçısı şəhid anasına “Şəhid adının əbədiləşdirilməsi  şəhid ailələrinə edilən
güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununu izah edib, yaşadığı ərazidə
şəhid bulağı tikmək istədiyi torpaq sahəsinin Düyərli bələdiyyəsinin 25 yanvar 2007-ci il
tarixli, 01 nömrəli qərarı ilə kənd sakini Əliyev Elməddin İldırım oğluna həyətyanı sahə kimi
verildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2019-cu
il tarixli, 2(102)-4660/2019 nömrəli qərarı ilə onların ailəsinin məskunlaşdığı köhnə hamam
binasının qarşısındakı torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə tələblərinin
təmin edilmədiyini, həmin ərazinin onlara məxsus olması barədə əllərində Düyərli
bələdiyyəsinin verdiyi heç bir sənəd olmadığını, lakin Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məskunlaşdığı ərazinin onun
mülkiyyətinə verilməsi barədə çıxarış verildiyini  bütün bunların araşdırılmasının
məhkəmə predmeti olduğunu izah edərək, yuxarı instansiya məhkəməsinə müraciət etməsi
tövsiyə olunmuş, onlara tezliklə işğaldan azad edimiş öz dogma yurd-yuvalarına qayıtmağı
diləyib.
Şəhid anasına hörmətlə yanaşan rayon rəhbəri onun əlindən tutaraq yola salmışdır.
 
Tarix: 26-07-2024, 09:03
Xəbəri paylaş





Xəbər lenti