Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Rəcəbli kəndində keçirilib - FOTO

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Rəcəbli kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarov kənd İƏD
üzrə nümayəndəliyin Rəcəbli kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi,
bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.Əvvəlcə icra başçısı şəhidlərin
xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Rəcəbli kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Rəcəbli kəndinin 261 hektar ərazisi, 77 təsərrüfatı, 359 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 2 ticarət obyekti, 2 iaşə obyekti faəliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 170
baş iribuynuzlu, 267 baş xırdabuynuzlu heyvan, 1500 baş quş, 37 arı ailəsi
saxlayırlar.
Son üç ildə Rəcəbli kəndində 800 metr məsafədə kəndarası yollar təmir edilib,
su arxları 6 km məsafədə lildən təmizlənib, kənd ərazisində 100 ədəd müxtəlif
növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana
salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Zahid Paşayev suvarma arxının təmizlənməsi, Amid
Əliyev pay torpaq sahəsinin sənədləşdirilməsi, Tağı Nəsirov məktəbə gedən
yolun genişləndirilməsi, Fizuli Əhmədov suvarma suyuyla təmin olunması və
digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Rəcəbli kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Rəcəbli kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Rəcəbli kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Rəcəbli kəndində keçirilib

Tarix: 1-08-2024, 14:05
Xəbəri paylaş





Xəbər lenti