Ağsu Təhsil Şöbəsinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur - MÜRACİƏT

Ağsu Təhsil Şöbəsinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur - MÜRACİƏT

Ağsu rayonu, Mirzağa Əliyev küçəsi, ev 6-da yaşayan Birinci Qarabağ veteranı, YAP-ın üzvü Məmmədov Fəyyaz Adgözəl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Ağsu Rayonu Təhsil Şöbəsində metodist və müdir əvəzi işləyən Heydərov Natiq Fazil oğlundan şikayətçi olan F.Məmmədobun müraciətini olduğu kimi dərc edirik:
“Mən, Məmmədov Fəyyaz Adgözəl oğlu, yazaraq bildirirəm ki, Natiq Heydərov 2000-2006-cı illərdə Ağsu rayonu Nuran və Zərqava kənd bələdiyəsinin sədri vəzifəsində işləmişdir. 2002-ci ildə təbii fəlakət nəticəsində Nuran və Zərqava kəndlərindəki evlərə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən təxminən 125 000 manat vəsait ayrılımışdır. N.Heydərov kənd camaatının şəxsiyyət vəsiqələrini və torpaq sənədlərini qaydaya salmaq adı ilə toplayaraq, özü və atası ziyan dəymiş şəxslərin yerinə saxta qol çəkərək, dövlət vəsaitini mənimsəmişdir. Bu vəsaitlə Bakı şəhərinin Əhmədli qəsəbəsində yaşayiş evi, Ağsu rayonunda 2 mağaza, 1 təmir sexi, 3 gözlü mağaza və 31 min manata “Mercedes” maşını almışdır. Bundan gözü doymayan Natiq Heydərov Bakı şəhərində inistitutların birində müəllim işləyib.
Bakıda qeydiyyatda olan Seyfəddin Qəndilovdan külli miqdarda pul alaraq, ona Nuran kəndinin şəfalı yerlərindən torpaq sahəsi satmışdır. Nuran kəndində demək olar ki, hektarlarla torpaq sahələrini qohumlarının adlarına rəsmiləşdirərək, mənimsəmişdir. Nuran və Zərqava kəndlərinə məxsus torpaq sahələrini Ağsu rayonunun keçmiş Torpaq, Xəritəçəkmə Komitəsinin şöbə müdiri işləmiş Alıyev Arzu Təvəkkül oğluna satmışdır. 30 hektarı isə özünə götürmüşdür.
Rayonda 3 nömrəli tam orta məktəbin yanında oğlunun adına “Ayxan hədiyyələr aləmi” mağazası açmışdır. Bakı şəhərində nəşriyyatda qanunsuz olaraq test kitapları çap etdirib, müəllimlərə 32 manata satıblar.
Heydərovun qanunsuz əməlləri haqqında rəsmi qurumlara müraciət etmişəm. Aidiyyəti orqanlar isə şikayəti Ağsu rayonuna yönləndirmişlər. İki dəfə Prokurorluqda olmuşam, izahat götürülüb. Lakin heç bir nəticə olunmayıb. Əksinə, şikayət olunduqca Heydərov daha da güclənir.
İndi isə Ağsu rayonu Təhsil Şöbəsinin müdiri olmaq arzusundadır. Hazırda müdir əvəzi işləyir. Yeni “Kia Sorenta” alıb.
Adını çəkdiyim şəxs hərbi xidmətdə belə olmayıb. Hərbi bileti yararsızdır. Mənə və kənd sakinlərinə çox maraqlıdır ki, bu qədər yeyinti edən məmur niyə hələ də vəzifədədir”.
Jalə FAMİLQIZI
Redasksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 1-08-2024, 18:57
Xəbəri paylaş





Xəbər lenti