Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İlxıçılar kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu
kənd İƏD üzrə nümayəndəliyin İlxıçılar kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi,
bələdiyyə sədri  kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı
məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə gül-çiçək
dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin İlxıçılar kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, İlxıçılar kəndinin 470 hektar ərazisi, 278 təsərrüfatı, 1112
nəfər əhalisi var. Ərazidə 2 məktəb, 7 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət
obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik  maldarlıqla məşğul
olurlar. Sakinlər 560 baş iribuynuzlu, 312 baş xırdabuynuzlu heyvan, 3930 baş
quş, 10 arı ailəsi saxlayırlar.
Son üç ildə İlxıçılar kəndində 600 metr məsafədə kəndarası yollar təmir edilib,
su arxları 1,6 km məsafədə lildən təmizlənib, kənd ərazisində müxtəlif növ
ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana
salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən İbadət Kərimi suvarma arxının təmizlənməsi, Şahin
Hüseynli pay torpaq mübahisəsi, Rəfail Abbasov yeni subartezian quyusunun
qazılması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 5-08-2024, 22:50
Xəbəri paylaş





Xəbər lenti